"İslahatların bir hissəsi xüsusi nümayəndəlik institutu ilə bağlıdır".
"Unikal" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan mənzərə" adlı elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, bu institut əslində daha çevik və müasir metodlarla bərpa quruculuq prosesini həyata keçirməyə şərait yaratmalıdır: "Bu, həm də gələcəkdə yerlərdə yeni idarəetmə institutlarının yaradılması üçün bir sınaq imkanıdır”.
Anar Kəlbiyev