Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.
"Unikal"ın xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlu "Twitter"də paylaşım edib.
“Can Azərbaycanın cənab prezidenti və Vətən Müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 60-cı doğum gününü təbrik edirəm. Ad gününüz mübarək, cənab Prezident!”, - qeyd olunub.