Dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan sammit çərçivəsində Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirib.
"Unikal" xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook”da öz səhifəsində canlı yayımda deyib:
“Mən bu görüşə gedəcəm. Hələlik İlham Əliyevlə ikitərəfli görüşdən söhbət getmir, lakin qeyri-rəsmi görüşün baş tutacağı ehtimalı var".