Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı tərəflər Azərbaycan-Türkiyə əlaqələrini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.