Gürcüstanda ötən sutka ərzində koronavirusa 1 661 yeni yoluxma faktı qeydə alınıb, 69 nəfər vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 924 368-ə, ölənlərin sayı isə 13 512-yə çatıb.
Son 24 saatda xəstəlikdən 3 841, ümumilkdə isə 881 863 nəfər müalicə olunaraq sağalıb.