İsrail Baş naziri Naftali Bennetin qızı koronavirusa yoluxub. Bu səbəbdən Baş nazir və ailə üzvləri özünütəcrid sisteminə keçiblər.
"Unikal" xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat katibi Anna Yonatan-Leus məlumat verib.
“Hökumətin iclası zamanı məlum oldu ki, baş nazirin qızının koronavirus testinin nəticələri müsbət çıxıb. Baş nazir dərhal iclası tərk etdi”, - mətbuat katibi bildirib.
Onun sözlərinə görə, Benneti yaxın günlərdə koronavirus testi verəcək.