Yəməndəki Husi qruplaşması Səudiyyə Ərəbistanı ərazisinə 400-dən çox ballistik raket atıb.

"Unikal" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı koalisiyasının nümayəndəsi Türki əl-Maliki deyib.

“Husilər krallığın ərazisinə 430 raket buraxıb. Hücum zamanı 850 pilotsuz uçuş aparatından istifadə olunub. Husilər raket və PUA-ların buraxılışı üçün Səna beynəlxalq aeporotundan istifadə edirlər”, - deyə Maliki ifadə  edib.