Yaponiyada güclü zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar ölkənin cənubundakı Okinava əyalətinin Miyakojima adalarında yerli vaxtla saat 17:25-da 6 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 40 kilometr dərinlikdə yerləşib.
Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.