Çeçenistanın rəhbəri Ramzan Kadırov illik mətbuat konfransında verdiyi açıqlamaları ilə gündəm olub.
"Unikal" xəbər verir ki, Çeçen lider bu yaşında da anasının onu danladığını ifadə edib.
"Tabeliyimdə olan məmurlardan kiməsə töhmət verəndə və ya sərt davrananda anam məni danlayır və deyir:" Ramzan, onun evdə ailəsi var"" - deyə Kadırov çıxışında bildirib.