Pakistan sərhəd əsgərlərinin son bir həftə ərzində Əfqanıstanın cənubundakı sərhəd kəndlərinə onlarla minaatan mərmisi atdığı açıqlanıb.
"Unikal" xəbər verirm ki, bu barədə "Taliban" müvəqqəti hökumətinin 201-ci Xalid Bin Vəlid korpusunun komandiri Əbu Ducane məlumat yayhıb. Onun sözlərinə görə, Pakistan sərhəd əsgərləri 2 həftə ərzində ölkənin cənubundakı Kunar əyalətinin Şulten rayonuna onlarla minaatan mərmisi atıb.
Əfqanıstanda hər cür "təcavüz"ə qarşı cavab verməyə hazır olduqlarını ifadə edən Ducane, bu mövzuda gücə məhdudiyyət qoyulacağını və hərbi təchizat təmin edildiyini söyləyib.
Bununla yanaşı, Əbu Ducane Pakistandan Əfqanıstan ərazisinə hücumlarını dərhal dayandırmağı tələb edib.