Liviya Qırmızı Aypara Təşkilatının əməkdaşları dəniz sahillərində 27 miqrantın cəsədini aşkarlayıblar, üç nəfər xilas edilib.
"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, dənizdə batmış miqrantların cəsədləri sudan şənbə günü çıxarılıb. Təşkilatın məlumatına görə, biri körpə olmaqla 17 cəsəd əl-Alus rayonundakı sahildə, ikisi qadın olmaqla daha 10 cəsəd həmin rayonun digər sahilində aşkarlanıb.
Xilas olunan miqrantlara tibbi yardım göstərilib. Sahil boyu axtarışlar davam etdirilir.