İrəvanda polis idarəsinin keçmiş rəisi, polis polkovniki Varazdat Adamyan qarət edilib.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, polkovnik polis idarəsinə gedərək "Mercedes” markalı avtomobilinin qarət olunduğunu bildirib. Belə ki, keçmiş rəisin avtomobilindən çantada İT tapançası, icazə sənədi, şəxsiyyət vəsiqəsi və Ermənistan polisinin keçmiş rəislərindən birinin ona verdiyi pul oğurlanılıb.
Maraqlısı budur ki, hadisə dekabrın 21-də baş verib. Polkovnik polisin oğruların tapmasın da gecikdiyini bildirərək, yerli mətbuata üz tutub.
"Hadisənin bir neçə gün əvvəl baş verməsinə baxmayaraq, İrəvan polisi hələ də itmiş əşyaları sahibinə geri qaytara bilməyib"- deyə yerli KİV yazıb.
Araşdırmalar davam edir.
Gülayə Mecid