İstanbul Böyükşəhər Bələdiyyəsində yoxlamalara başlanılıb.
"Unikal" Türkiyə KİV-nə istinadən xəbər verir ki, yoxlamalar Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Məlumata görə, İBB tabeliyindəki şirkətlərə təyin edilmiş kadrlar arasında terrorçuların olması şübhəsi ilə əlaqədardır:
“İBB, ona tabe olan şirkətlərdə 455-i Kürdüstan Fəhlə Partiyası (PKK) / Kürdüstan İcmalar Birliyi (KCK), 80-i İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C), 20-si Marksist-Leninçi Kommunist Partiyası (MLKP), ikisi Marksist Kommunist Partiyası (MKP) olmaqla, bəzilərinin FETÖ və digər terror təşkilatlarına bağlı olduğu müəyyən edilərək, DİN tərəfindən xüsusi yoxlama aparılır”, - məlumatda deyilir.