Braziliyanın Bahia əyalətində güclü yağışların yaratdığı sel fəlakətində onlarla şəhər su altında qalıb.
"Unikal" xəbər verir ki, Bahia Dövlət Mülki Müdafiə və Mühafizə Nəzarəti (Sudec) tərəfindən edilən açıqlamada, noyabr ayından bəri davam edən yağışlar nəticəsində bölgədə həyatını itirənlərin sayının 18-ə yüksəldiyi, 2 nəfərin isə itkin düşdüyü bildirilib.
Həmçinin bilidirilib ki, son bir həftədə leysan yağışları səbəbiylə meydana gələn sel fəlakətlərinin 430 min 869 nəfərin zərər çəkib.