Maskalı şəxs Kraliça Elizabetə qarşı sui-qəsd videosu çəkərək, onu hədələyib.
"Unikal" xəbər verir ki, "The Sun" qəzetinin yaydığı məlumata görə, həmin şəxs ötən ildə Milad bayramında ailəsi ilə birlikdə qeyd etdiyi "Windsor" qalasına girmək istəyərkən yaxalanıb.
Maskalı gəncin paylaşdığı videoda "1919-cu ildə baş verən Amritsar soyqırımının qisasını almaq üçün Kraliçanı edam edəcəm" sözləri yer alıb. İngiltərə polisi şəxsin videolarını ələ keçirdikdən sonra onun barəsində cinayət işi açıb.
Araşdırmalar aparılır.