"Qarabağın işğaldan azad edilməsi ilə tarixin yeni səhifəsi açıldı".
"Unikal" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ölkənin Çikaqodakı Baş konsulluğunda ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.
Sualları cavablandıran Kalın bildirib ki, ABŞ-dakı erməni lobbisi anti-Türkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib: "Qafqazda çox fərqli proses gedir və indi bu erməni diasporun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarına qayıtması ilə orada tarixin yeni səhifəsi açılıb".