"Nikolun əsas məqsədi "Artsax"ın prezidenti Arayik Arutyunyanı vəzifəsindən uzaqlaşdırmaqdır".
"Unikal" xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Arutyunyanın vəzifəsindən uzaqlaşdırması ilk baxışdan qəribə səslənir, amma reallıq budur:
"Problem Arayik Arutyunyanın şəxsiyyətində deyil, hazırda "Artsax"da yeni prezident seçkisinin mümkünsüzlüyünü dərk edən Paşinyandadır. O, artıq Arutyunyanın pərdə arxasından uzaqlaşdırılması prosesinə başlayıb. İndi siyasi məsləhətləşmələr dövrüdür, Paşinyanın məqsədi Qarabağda siyasi sabitliyi təmin etməkdir. Paşinyanın daxili motivi "Artsax" məsələsinə görə məsuliyyətdən tamamilə qurtulmaq, bunun müqabilində Azərbaycanla kompromis əldə etməkdir".
Deputat həmçinin də, Arayik Arutyunyanın uğursuz işlərindən danışıb:
"Arayik Arutyunyan 2018-ci ildən sonra saysız-hesabsız səhvlər və uğursuzluqlar edib, müxtəlif proseslərdə onun böyük günah payı var, lakin indiki mərhələdə siyasi qüvvələrin, cəmiyyətin fəal qruplarının, "Artsax" və Ermənistanla bağlı narahat olan insanların diqqəti başqa bir dalğaya yönəlməlidir. “Bu, Arayik Arutyunyan deyil, "Artsax"ın subyektivliyinin son iflasıdır”, - deyə ifadə edib.
Gülayə Mecid