Rusiyanın Başqırdıstan Muxtar Respublikasının paytaxtı Ufada sürəti saatda 20 kilometr olan qar fırtınası havanın temperaturu -20-yə düşüb.
"Unikal" xəbər verir ki, fırtına nəticəsində yük maşınları, avtobuslar və minik avtomobilləri də daxil olmaqla nəqliyyat vasitələri bir-biri ilə toqquşub. Zəncirvari yol qəzasında 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Qəzadan sonra hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb, zədə alan 22 avtomobil yoldan çıxarılıb.
Qubernatorluq qar fırtınasının davam edəcəyini bildirib və sürücüləri mümkün qədər yoldan uzaq durmağa çağırıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ağarza Elçinoğlu