“Ermənistanla münasibətlərin normallaşması ilə əlaqədar olaraq qarşılıqlı xüsusi təmsilçilər lazımdır”.
"Unikal"ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Türkiyənin 2021-ci il üçün xarici siyasətinin yekunlarına dair mətbuat konfransında deyib. Nazir hər addımda Azərbaycanın yanında olduqlarını söyləyib.
“Tarixi Şuşa Bəyənnaməsinə uyğun şəkildə hər addımda Azərbaycanın yanındayıq”.
Çavuşğolu yaxın günlərdə İstanbul-Yerevan çarter uçuşlarının başlayacağını söyləyib.