“Sirr deyil ki, bir neçə ay bundan öncə İranla Azərbaycan arasındakı münasibətlərdə bəlli gərginlik yaşanıb. Yaxşı xəbər ondan ibarətdir ki, bu gərginlik qısa çəkib. Arada bəlli bir anlaşılmazlıq olub. Həmkarımla görüş zamanı bu anlaşılmazlığın aradan qaldırılması, münasibətin inkişafı olub”.
"Unikal" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqdimatında söyləyib.
“Bu mənada, Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə İran Prezidenti arasında olan görüşün xüsusi əhəmiyyətini vurğulamaq istəyərdim. Çox səmimi, açıq iki dost dövlətin prezidentlərinin geniş spektrli görüşü keçirilib”, - nazir bildirib.