Braziliyanın şimal-şərqində yerləşən Bahia ştatında güclü yağışlar daşqınlara səbəb olub.
"Unikal" “Reuters”ə istinadən xəbər verir ki, sel nəticəsində bölgədə həyatını itirənlərin sayının 18-ə yüksəlib, 2 nəfər isə itkin düşüb.
Son bir həftədə leysan yağışları səbəbiylə meydana gələn sel fəlakətlərindən 430 mindən çox insanın zərər çəkdiyi bildirilib. Açıqlamada Bahiada 16 min nəfərin evini itirdiyi, 19 mindən çox adamın təxliyə edildiyi bildirilib.
15 milyondan çox əhalisi olan Bahia ştatının leysan yağışları və daşqınlar səbəbindən 72 şəhərində fövqəladə vəziyyət elan edilib.
Bahia əyalətinin qubernatoru Rui Kosta daşqının böyük bir bölgəyə təsir etdiyini, 37 şəhərin tamamilə su altında qaldığını və 72 şəhərdə fövqalədə hal elan edildiyini açıqlayıb.