Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 157 nəfər dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazir qeyd edib ki, Türkiyədə COVID-19-un omicron variantı digər variantlardan daha sürətlə yayılmaqdadır.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 362 535 nəfərin test edildiyi, 26 099 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 024 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 129 332 845 peyvənd tətbiq edilib ki, bunun 91,55 faizi birinci, 82,89 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.