Fransanın cənub-qərbindəki Land departamentində quş qripi yenidən yayılıb.
"Unikal" xəbər verir ki, ölkənin cənub-qərbində artıq 7 ördək fermasında quş qripi aşkarlanıb. Daim qapalı məkanda saxlanılmış ördəklərdə ilk yoluxma aşkarlalana qədər qabaqlayıcı tədbir olaraq ördəklər kəsilib. Land departamentinin 34 bələdiyyəsi ətrafında 3 kilometrdən ibarət müdafiə zonası yaradılıb və 10 kilometr müşahidə zonası nəzarət alıtna alınıb.
Prefekturanın mətbuata açıqlamasında bildirilib ki, Land departamentində ilk quş qripi dekabrın 19-da aşkarlanıb. Ölkənin şimalında ev quşları ilə təmasda olan köçəri quşlar tərəfindən gətirilmiş quş qripi virusu ilk dəfə noyabrın 26-da müəyyən edilib.