Rus əsgərini öldürməkdə təqsirli bilinən 9 erməni 5-20 il müddətinə azadlıqdan məhrum edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsi, Rusiya Mərkəzi Kəşfiyyat İdarəsinin Xüsusi İstintaq İdarəsinin keçmiş hərbçisi Nikita Belyankinin qətli ilə bağlı cinayət işi üzrə doqquz təqsirləndirilən şəxsə hökm oxuyub.
Belə ki, seçilmiş maksimum müddət - 20 il həbs - Belyankini bıçaqlayaraq öldürən Sergey Xojoyana verilib. Digər şəxslər - Hrant Ayrapetyan, Narek Stepanyan, Artur Akopyan, Davit Yeqiazaryan, Suren Markosyan, Rudik Manukyan, Saak Saakyanisə 5-20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi 2019-cu ilin yayında baş verib. 9 erməninin rus əsgəri ilə aralarında mübahisə yaranıb. Əlbəyaxa dava Sergey Xojoyananın rus əsgərini bıçaqlaması ilə bitib. Bundan sonra həmin şəxslər tapılaraq, barələrində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılıb.
Gülayə Mecid