Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda əyani formada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, liderlərin Belarusun 2021-ci ildə qurumda sədrliyinə yekun vuracaq, ümumi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparacaq, əməkdaşlığın səmərəliliyinin artırılması və üzv ölkələrin sosial-iqtisadi inkişafı üzrə gələcək tədbirləri müzakirə edəcəklər.
Qeyd olunub ki, qarşıdan gələn görüş həm də ona görə əlamətdardır ki, dekabrda MDB-nin yaradılmasının 30 ili tamam olur.
Qeyri-rəsmi görüşün təşəbbüskarı Rusiya prezidenti olub. Sammitdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri iştirak edəcəklər. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev də sammitə qatılacaq.