İraqın Səlahəddin şəhərinin Tərtər rayonunda polis məntəqəsinə silahlı hücum edilib.
"Unikal" xəbər verir ki, hücum "DEAŞ" terrorçu qruplaşmasının istifadə etdiyi avtomobildən rayonun polis nəzarət-buraxılış məntəqəsinə müxtəlif silahlardan olunub.
Terror hücumu nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Hücumdan dərhal sonra terrorçular ərazidən sürətlə qaçıb, bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.
Ağarza Elçinoğlu