Gürcüstanda son sutkada koronavirusa 2 676 yeni yoluxma halı qeydə alınıb, 2 966 nəfər müalicə olunaraq sağalıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Məlumata əsasən, daha 63 nəfər virusun səbəb olduğu ağırlaşmalardan vəfat edib.
Hazırkı dövrədək Gürcüstanda 928 030 nəfərin COVID-19-a yoluxduğu müəyyən olunub. Onların 888 022-si sağalıb, 13 646-sı isə ölüb.
Bu günə olan aktiv xəstə sayı 26 336-dır.