Ermənistanda son sutka ərzində daha 109 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, yoluxanların ümumi sayı 344 649 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7 965-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 500 nəfərdir. Aktiv xəstələrin sayı 4 157 nəfər təşkil edir.