İranda ötən sutka ərzində 40 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 474 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 2128 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 618 8857 nəfərə çatıb.