Yevlaxda maşın aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib. Belə ki, "VAZ-21099" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə nəticəsində ağır yaralanan sürücü 1979-cu il təvəllüdlü Ağdam rayon sakini Aftandil Quliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı