Müalicəsi başa çatan məhbus xəstəxanada qala bilməz.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze keçmiş prezident Mixail Saakaşvilinin Qoridəki hərbi hospitaldan həbsxanaya köçürülməsinə münasibət bildirərkən deyib.
“Əgər məhbusun səhhətində problemləri varsa, o, hərbi hospitala yerləşdirilir. Növbəti dəfə səhhətində problemlər yaranacağı təqdirdə Saakaşvili əvvəldə olduğu kimi, yenə də bura yerləşdiriləcək”, - nazir bildirib.
Onun sözlərinə görə, bu standartdır və heç bir məhbus istisna deyil. Qanun qarşısında hamı bərabərdir.
Qeyd edək ki, dünən Gürcüstanın Xüsusi Penitensiar Xidməti müalicəsi bitdiyi üçün tibbi heyətin Mixail Saakaşvilinin həbsxanaya köçürülməsi ilə bağlı qərar qəbul etdiyini bildirmişdi.