Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

"Unikal" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Nizami rayonu, Naxçıvani küçəsində (Nazlı Saray şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.