Səudiyyə Ərəbistanında koronavirusa yoluxma hallarının artması səbəbilə müqəddəs yerlərdə bəzi məhdudiyyətlər yenidən bərpa edilib.
"Unikal" xəbər verir ki, qərara əsasən, sabahdan etibarən Məscidi Haram və Məscid-i ən-Nəbəvidə sosial məsafə tətbiq olunacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı oktyabrın 15-də COVID-19 məhdudiyyətlərinin yumşaldılması çərçivəsində Məscidül-Həram və Məscid ən-Nəbəvinin hər hansı bir məhdudiyyət olmadan ibadət üçün açılmasına icazə verəcəyini açıqlayıb.
Ağarza Elçinoğlu