Avstraliyada yerli aborigenlərin suverenliyi üçün keçirilən nümayişlər zamanı Köhnə Parlament binası yandırılıb.
"Unikal" BBC-yə istinadən xəbər verir ki, yanğınla əlaqədar binada olan işçilər təxliyyə edilib. Əraziyə xilasedici qüvvələr cəlb olunub. Hadisə zamanı ölən və yaralananın olmadığı bildirilir.