İranda ötən sutka daha 1703 nəfər koronavirusa (COVID-19) yoluxub.
"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların sayı 619 4401 nəfərə çatıb. Son 24 saat ərzində 34 nəfər koronavirusdan ölüb.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 131 606 nəfərə yüksəlib.