Gürcüstanda ötən sutkada daha 2 103 nəfərə koronavirus diaqnozu qoyulub, 60 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 1 553 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 936 844 nəfərdə aşkarlanıb. Onların 896 868-i sağalıb, 13 860-ı isə ölüb.