Ermənistan prezidentlərinin və hazırkı Baş nazir Nikol Paşinyanın şəxsi mühafizəçisi olmuş şəxs ölüb.
"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Qriqori Ayrapetov 54 yaşında evində dünyasını dəyişib.
Xatırladaq ki, Q.Ayrapetov 2018-ci ildə Ermənistan Dövlət Mühafizə Xidmətinin rəisi təyin olunub, 2019-cu ildə isə vəzifəsindən azad edilib.