İranın Sistan və Bəluçistan əyalətlərində sərhədçilərlə silahlı şəxslər arasında atışma olub.
"Unikal" xəbər verir ki, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadası qüvvələri əyalətin Kurin bölgəsində keçirdiyi əməliyyatda 5 silahlı dəstə üzvünü öldürülüb, 5 nəfər isə yaralanıb.
Silahlıların gizləndiyi yer və qərargahı darmadağın edilib.
Atışma zamanı SEPAH-ın 3 hərbçisi yaralanıb.