Haitinin paytaxtı Port-o-Prinsin şərqindəki Krua-des-Buket həbsxanasından qaçmağa cəhd göstərən azı on məhbus öldürülüb.
"Unikal" xəbər verir ki, hadisə zamanı dörd polis əməkdaşı yaralanıb.
Qeyd olunur ki, səkkiz cinayətkar yerindəcə məhv edilib, daha iki məhkum aldığı xəsarətlərdən xəstəxanada ölüb. Məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.
Hazırda müəssisədə vəziyyət nəzarət altındadır, bir neçə ədəd odlu silah götürülüb.