"Taliban" avtobus sürücülərinə namaz qılarkən işlərini dayandırmağı, qadınlara isə hicabsız səyahət etməməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə "Taliban" hökuməti məlumat yayıb. Bildirilir ki, qadınlar ictimai nəqliyyatda hicabsız gedə bilməzlər. Bununla yanaşı, hökumət keçən həftə də qadınlara qohumlarının müşayiəti olmadan 78 kilometrdən çox məsafə qət etməyi qadağan edib.