Ginnesin Rekordlar Kitabında dünyanın ən yaşlı qadını kimi düşən yapon qadın Keyn Tanakanın 119 yaşı tamam olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qadın Fukuoka prefekturasında qocalar evində yaşayır. Pandemiya məhdudiyyətləri səbəbindən onun qohumları ilə görüşmək imkanı yoxdur.
Keyn Tanaka 1903-cü ildə anadan olub. İkinci Dünya Müharibəsi zamanı əri və böyük oğlunu itirib. Qadın bütün həyatı boyu mağazada satıcı çalışıb. XX əsrin 70-ci illərində o, təqaüdə çıxıb və bir neçə dəfə ABŞ-a səfər edib, 2005-ci ildən isə qocalar evində yaşayır.
103 yaşında o xərçəngə qalib gəlib. O vaxtdan bəri onun başqa ciddi xəstəlikləri olmayıb.