Meksika prezidenti Andres Manuel Lopez Obradorun heykəli açılışından bir neçə gün sonra sökülüb.
"Unikal" xəbər verir ki, 2021-ci ilin dekabrın 29-da Meksikanın Altamulko şəhərində açılışı olan prezident Andres Manuel Lopez Obradorun heykəli sökülərək başı kəsilmiş halda tapılıb.
Açılışından cəmi 4 gün sonra dağıdılan heykəllə bağlı səlahiyyətlilər hələ açıqlama verməsə də, hadisəni törədən şəxs və ya şəxslərin kimliyi hələ müəyyən edilməyib.
Araşdırmalar aparılır.
Bildirək ki, Obrador çıxışlarında öz heykəlinin ucaldılmasını istəmədiyini, adının küçə, məktəb, xəstəxana kimi yerlərə verilməsinin əleyhinə olduğunu ifadə edib.
Lakin Altamulko Bələdiyyə Başçısı Roberto Tellez Monroyun istəyi ilə hazırlanan 180 santimetr uzunluğundakı daş heykəl 58 min pesoya (2,830 dollar ) başa gələn heykəlini dekabrın 29-da təqdim olunub.