Böyük Britaniya qrantlar verməklə Rusiyanın daxili siyasi vəziyyətini sarsıtmağa yönəlmiş proqramları maliyyələşdirir.
"Unikal" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında Britaniya XİN-in müxtəlif sosial şəbəkələrdə yayılan məxfi sənədlərini şərh edərkən yazıb.
O, yayılan sənədlərin birbaşa Böyük Britaniyanın Rusiyanın daxili işlərinə müdaxiləsinə işarə etdiyini vurğulayıb.