Cənubi Koreyada Omicron ştamından 2 ölüm halı qeyd alınıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hər iki ölüm halının paytaxt Seuldan 329 kilometr cənubda yerləşən Kvancu şəhərində qeydə alındığı bildirilib.
Omicron ştamından ölənlərin 90-dan çox yaşı olduğu əlavə olunub.