Gürcüstanda taksilər, katerlər və yeniyetmələrin olduğu fərdi avtomobillərdə siqaret çəkməyin qadağan edilməsi ilə bağlı qəbul edilən qərar qüvvəyə minib.
"Unikal" xəbər verir ki, Tütünə nəzarət haqqında Qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən düzəlişlərdən sonra taksi sürücüləri ictimai nəqliyyat sürücülərinə, taksi sərnişinləri isə ictimai nəqliyyat sərnişinlərinə bərabər tutulacaq.
Qadağaya əməl etməyən sürücülərə qarşı 200 lari (110 AZN) məbləğində cərimə sanksiyası tətbiq olunacaq. Uşaqların olduğu fərdi avtomobillərdə tütün məmulatlarından istifadə edən sürücülər isə 50 lari (27 AZN) məbləğində cərimə ediləcəklər. Qanunun təkrar pozulacağı halda cərimələrin məbləği iki dəfə artırılacaq.