Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili hakimiyyətə iki yeni tələb irəli sürüb.
"Unikal" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkilləri məlumat yayıb.
Vəkillər bildirib ki, Saakaşvili konfidensiallığa riayət edilməklə rabitəni bərpa edilməsini və müstəqil həkimlərin ona baxış keçirməsi üçün şərait yaradılmasını istəyir.
Bildirilir ki, bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Saakaşvili yanvarın 6-dan etirazın son formasına əl atacaq. Vəkil bu addımın nədən ibarət olacağını açıqlamayıb.