Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 160 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 44 869 nəfər COVID-19 infeksiyasına yoluxub, 27 492 nəfər isə sağalıb.