"Qlam Rokun kralı" ləqəbli ingilis müğənni-bəstəkar Devid Bouinin varisləri onun mahnılarının müəllif hüquqlarını 250 milyon dollara satıblar.
"Unikal" xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.
Kataloqa aid olan 111 sinql və 51 klip bundan sonra "Warner Chappell Music" şirkəti tərəfindən qorunacaq.
Qeyd edək ki, Devid Boui 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.