Əfqanıstanın Nanqarhar əyalətində məktəbin yaxınlığında partlayış baş verib. 

"Unikal" xəbər verir  ki, hadisə nəticəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. Bildirilib ki, hadisəyə səbəb minaatan mərmisinin partlaması göstərilir.

Yaralılar hospitala yerləşdirilib.