Qazaxıstanda maye qaz qiymətlərinin bahalaşması ilə başlayan etirazlarda 164 nəfər həyatını itirib, 8 minə yaxın insan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, digər tərəfdən, 30 ilə yaxın ölkəyə rəhbərlik edən keçmiş prezident Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib.
Ölkədə gərginlik davam edərkən Britaniya mediası Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin qızının dəbdəbəli həyatını üzə çıxarıb. Belə ki, iğtişaşlar zamanı 41 yaşlı Aliyə Nazarbayeva 220 milyon funt-sterlinq (təxminən 500 milyon AZN) sərvətini ölkədən çıxardıqdan sonra 18 milyon funt-sterlinq dəyərində lüks təyyarə və 8,75 milyon funt-sterlinq dəyərində malikanə alıb.
Sabiq prezidentin qızının sərvəti Qazaxıstanda gündəm mövzusuna çevrilib.
Gülayə Mecid